Tanınmış meyxanaçının ailəsində FACİƏ:  körpəsi öldü - YENİLƏNİB
04 iyun 2024 15:30 (UTC +04:00)

Tanınmış meyxanaçının ailəsində FACİƏ: körpəsi öldü - YENİLƏNİB

Lənkəranda doğuş zamanı ölən körpə tanınmış meyxanaçının övladı imiş. 

Lent.az-ın əldə etdiyi məlumata görə, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) övladı olub. 

Körpənin ölümü ilə bağlı araşdırma aparılır.

***

saat 14:58

Lənkəranda bu gün səhər yeni doğulan körpə ölüb.

Lent.az-ın məlumatına görə, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.

Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Uşaq qeysəriyyə əməliyyatı zamanı ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

Oxşar yazılar