Koronavirus daha bir mədəniyyət işçisinin ölümünə səbəb olub.
Lent.az xəbər verir ki, tanınmış gənc muğam ifaçısı Tuqay İsmayılov dünyasını dəyişib.
Onun bir müddətdir koronavirusa yoluxduğu bildirilir.
Qeyd edək ki, T.İsmayılov həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimidir.
Xanəndə Tuqay İsmayılov