Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ
12 iyun 2024 21:27 (UTC +04:00)

Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov vəfat edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, aktyor uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

Əlibala Əfsər oğlu Əsgərov 28 yanvar 1955-ci ildə Sumqayıt şəhərində anadan olub.

1972-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhər mədəniyyət evində əmək fəaliyyətinə başlayıb.

1978-1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsində təhsil alıb.

1975-ci ildən Lənkəran Dövlət Dram Teatrı ilə əməkdaşlıq edən aktyor onlarla teatr tamaşasında səhnə alıb.

Daha çox teatr fəaliyyəti göstərsə də, Əlibala Əsgərov həmçinin bir sıra serial və filmlərdə müxtəlif obrazları canlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Oxşar yazılar