Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Buqumov Teyyub Nizami oğlu tanımadığı şəxslə dava zamanı kürək nahiyyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyat qrupu tərəfindən araşdırma aparılır, əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.