Taksi sürücülərini aldadan "otel meneceri" saxlanıldı - VİDEO
06 dekabr 2022 12:04 (UTC +04:00)

Taksi sürücülərini aldadan "otel meneceri" saxlanıldı - VİDEO

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 26 yaşlı Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub.

O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail rayon Polis İdarəsinin 9-cü Polis Bölməsində aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Oxşar yazılar