Şuşada ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb və nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Faktla bağlı Şuşa rayon Polis Şöbəsində araşdırma aparılır.