Şuşada hava şaxtalıdır:   Aksiya bu gecə də davam edəcək - FOTO
23 dekabr 2022 22:22 (UTC +04:00)

Şuşada hava şaxtalıdır: Aksiya bu gecə də davam edəcək - FOTO

2

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanıb. Havanın şaxtalı olmağına baxmayaraq eko-fəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.

Aksiya dekabrın 12-dən davam edir.

Dekabrın 23-ü saat 22.15-ə olan məlumata görə, Şuşada 3 dərəcə şaxta var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4604

Oxşar yazılar