Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir.
Lent.az-ın xəbərinə görə, APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Hazırda aksiya davam edir. Aksiya iştirakçılarının bu gecə meydanda qalacaqları bildirilib. Onlar dayandamadan şüarlar səsləndirirlər.
Artıq aksiya yerində tonqallar qalanıb.
Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.