Lənkəranda çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə etməklə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər sakini V.Salmanzadə axşam saatlarında şəhər ərazisində idarə etdiyi “Chevrolet” markalı avtomobillə çoxavazlı səs siqnallarından və sayrışan işıqlardan istifadə etməklə yol hərəkəti qaydalarını kobud pozaraq avtoxuliqanlıq hərəkətləri edib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücü saxlanılaraq Lənkəran şəhər Polsi Şöbəsinə gətirilib və barəsində tərtib olunmuş inzibati protokol aidiyyatı üzrə baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə V.Salmanzadə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib