"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Lent.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub. Həmin sərnişin insult keçirib.
"Boeing 777" təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.