Suqmayıtda zavoddan  maşın oğurlayan   dəstə tutuldu
29 sentyabr 2023 19:36 (UTC +04:00)

Suqmayıtda zavoddan maşın oğurlayan dəstə tutuldu

Sumqayıtda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 28-də Sumqayıt şəhərinin Betonzavod ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri N.Mərdanzadə, E.Mövlüdov, əvvəllər məhkum olunmuşlar H.Nurəliyev, F.Ağabalazadə və Bakı şəhər sakini A.Həsənov Sumqayıt şəhəri ərazisində avtomobillə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Oxşar yazılar