Sumqayıtdakı partlayış səbəbilə ölənlərin  sayı ikiyə çatdı
09 dekabr 2024 00:45 (UTC +04:00)

Sumqayıtdakı partlayış səbəbilə ölənlərin sayı ikiyə çatdı

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə ölənlərin sayı ikiyə çatıb.

Lent.az xəbər verir ki, başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafının I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü Ayxan Əliyev bu gün müalicə aldığı reanimasiya şöbəsində ölüb.

Onun bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev dekabrın 7-də dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sözügedən partlayış dekabrın 3-də qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar