Sumqayıtda yataqxanada  yanğın, sakinlər təxliyə edildi
28 fevral 2025 23:12 (UTC +04:00)

Sumqayıtda yataqxanada yanğın, sakinlər təxliyə edildi

Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 20 kvadrat metr olan otaqda ev əşyaları 10 kvadrat metr sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar