“Kristal Bakı İnşaat” və “Olimp-Hospital”a iş açıldı
28 fevral 2025 15:59 (UTC +04:00)

“Kristal Bakı İnşaat” və “Olimp-Hospital”a iş açıldı

Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı hüquqi şəxs “Kristal Bakı İnşaat” ASC-nin vəzifəli şəxsi tərəfindən işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa hüquqi şəxs “Olimp-Hospital” MMC, “TİM Consulting” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi)  və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi)  maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar

Cəlilabadda qardaşını bıçaqlayan bacı saxlanıldı - YENİLƏNİB

Cəlilabadda qardaşını bıçaqlayan bacı saxlanıldı - YENİLƏNİB

31 avqust 2025 , 09:54
Ucarda maşın aşdı, 2 nəfər öldü

Ucarda maşın aşdı, 2 nəfər öldü

31 avqust 2025 , 09:23
Yük maşını aşdı - 1 ölü, 3 yaralı

Yük maşını aşdı - 1 ölü, 3 yaralı

31 avqust 2025 , 07:08
Xocalıda yanğınlar  başladı

Xocalıda yanğınlar başladı

30 avqust 2025 , 20:37
Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

30 avqust 2025 , 19:33
Bakıda maşın piyadanı vurdu

Bakıda maşın piyadanı vurdu

30 avqust 2025 , 18:13
Bakıda taksi şirkətinin  ofisi qarət olundu

Bakıda taksi şirkətinin ofisi qarət olundu

30 avqust 2025 , 17:47
Gəncədə maşın 15 yaşlı qızı vurdu

Gəncədə maşın 15 yaşlı qızı vurdu

30 avqust 2025 , 17:03