Bakıda iş adamının maşınından 124 min pul  oğurlandı - HADİSƏ ANI - YENİLƏNİB
28 fevral 2025 17:52 (UTC +04:00)

Bakıda iş adamının maşınından 124 min pul oğurlandı - HADİSƏ ANI - YENİLƏNİB

Bakının Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pul vəsaitinin oğurlandığını bildirib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.

Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***
10:30

Bakıda avtomobildən külli miqdarda oğurluq olub.

Lent.az xəbər verir ki, naməlum şəxs iş adam A. Quliyevin "Mercedes" markalı avtomobilindən 90 min manat və 20 min dollar pul oğurlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Fikrət Cəfərov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698

Oxşar yazılar