Rusiyanın Moskva vilayətində polis əməkdaşları cinayətdə şübhəli bilinən şəxsi saxlayarkən öldürüblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə dünən axşam Odintsovo şəhər rayonundakı bağçılıq şəriklərindən birində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mərkəzi Asiya ölkələrindən birinin sakini olan 19 yaşlı gənci saxlayıblar. O, müqavimət göstərib və polis öldürücü atəşdən istifadə etməli olub.
Gəncin konkret nədən şübhələndiyi indi araşdırılır. Onun daimi olaraq Lyubertsı şəhər rayonunda yaşadığı və bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışda olduğu məlum olub.