Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları 35 yaşlı vəkili yeddi yaşlı qızla pornoqrafik məzmunlu çəkilişlər aparması işi üzrə saxlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, şübhəli şəxs dəfələrlə uşağa əxlaqsız hərəkətlər edib və qızı kamera qarşısında soyunmağa məcbur edib.
O, seksual xarakterli zorakılıq və pornoqrafik materiallar hazırlamaq məqsədilə yetkinlik yaşına çatmayandan istifadə etməkdə ittiham olunub.
Polis şübhəlinin evində axtarışlar zamanı üç CD, doqquz fleş kart, iki harddisk, bir noutbuk və üç telefon tapıb. Bütün bunlar müsadirə edilib.