Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri söndürüb.
Lent.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
***
19:36
Sumqayıtda xəstəxana yanır.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, 4 saylı Sumqayıt şəhər xəstəxanasında yanğın başlayıb.
Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyə edilir.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.