Sumqayıtda qanunsuz tikilən obyekt söküldü -  VİDEO
05 yanvar 2023 12:21 (UTC +04:00)

Sumqayıtda qanunsuz tikilən obyekt söküldü - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Sumqayıtda qanunsuz tikilən obyekt söküldü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2586

Oxşar yazılar