Sumqayıtda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Fərdi yaşayış evinin həyətində təmizlik işləri aparan ev sahibi, 1959-cu il təvəllüdlü Xuraman İbadova tullantıları yandırmaq üçün ocaq qalayıb.
Bu zaman 63 yaşlı X. İbadova huşunu itirərək ocağa yıxılıb. Yaxınları yanıq xəsarəti alan qadını xəstəxanaya aparıblar. Görülən tədbirlərə baxmayaraq qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.