Sumqayıtda market sahibi saxlanıldı, barəsində cinayət işi başlanıldı
25 avqust 2021 21:25 (UTC +04:00)

Sumqayıtda market sahibi saxlanıldı, barəsində cinayət işi başlanıldı

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində koronavirusa qarşı aparılan mübarizə tədbirlərini davam etdirir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 20 Yanvar küçəsində aparılan reyd zamanı marketlərdən birinin karantin qaydalarını kobud şəkildə pozduğu məlum olub.

Polis əməkdaşlarının apardığı nəzarət tədbirləri nəticəsində 16-cı məhəllədə yerləşən "Army” marketdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət edilmədiyi aşkarlanıb. Dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq, tətbiq olunan qaydaları pozduğuna görə marketin sahibi, Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Tağıyev Səhrab Sahir oğlu barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Market sahibi cinayət işi ilə bağlı saxlanılıb.

Xatırladaq ki, market sahibi bir müddət öncə qanunvericiliyin tələbinə əsasən, vəzifəli şəxs qismində 4000 manat cərimələnmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6618
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40