Sumqayıtda mənzildən kişi meyiti tapılıb.
APA xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Şəfiyar Çingiz oğlu Əhmədovun meyiti yaşadığı ünvanda aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.