Sumqayıtda kişini cərəyan vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərdə yerləşən elektrik yarımstansiyaların birində baş verib. 27 yaşlı Elşən Nazim oğlu Quliyev elektrik naqili ilə işləyən zaman onu cərəyan vurub.
Nəticədə E.Quliyev hadisə yerində ölüb.
Məlumata görə, o, bir müddət əvvəl ailə qurubmuş.
Faktla bağlı araşdırma aparılır.