Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ÜRƏYİ PARTLADI
27 oktyabr 2023 10:35 (UTC +04:00)

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ÜRƏYİ PARTLADI

0

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.

Lent.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(report.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4381

Oxşar yazılar