Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı - YENİLƏNİB
14 avqust 2023 14:19 (UTC +04:00)

Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 14-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi  yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 28 yaşlı Nəsir Nazim oğlu Əmiraslanov axtarışları başa çatıb.

Meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 12:02

Sumqayıtda bir nəfər dənizdə batıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2562

Oxşar yazılar