Sumqayıtda DƏHŞƏT:  17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı -YENİLƏNİB
10 mart 2025 09:37 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: 17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı -YENİLƏNİB

Sumqayıtda binadan yıxılması barədə xəbər yayılan gənc oğlanın intihar etdiyi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, martın 9-u saat 02 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən  yaşayış binasının 15-ci mərtəbəsindəki eyvandan özünü atıb. 

İntiharın səbəbi məlum deyil.
     
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

 

***

04:25

Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb.

Lent.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda, yeni tikililərin birində qeydə alınıb.

2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb.

O hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3190

Oxşar yazılar