Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyada, Ceyranbatan qəsəbəsi sakini 1982-ci il təvəllüdlü İbrahimova Ramilə Məhəmməd qızını "Honda" markalı avtomobil vurub.
40 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.