Sumqayıt yolunda avtomobil piyadanı vurub öldürdü
06 dekabr 2022 01:27 (UTC +04:00)

Sumqayıt yolunda avtomobil piyadanı vurub öldürdü

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, 1979-cu il təvəllüdlü Zəminə Mürsəlovanı avtomobil vurub. 43 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 

# 2370
avatar

Oxşar yazılar