Bakı Limanı ərazisində Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə təlim baş tutub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əsas məqsədi liman ərazisində təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi və qanun pozuntuları ilə mübarizədə operativliyi təmin etmək olan təlim çərçivəsində hər iki qurumun əmədakşları qarşılıqlı formada fəaliyyət göstəriblər.
Təlim zamanı şərti olaraq qanunsuz şəkildə liman hövzəsinə daxil olan qayıq heyəti limanın mühafizə xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb və uzaqlaşmağa çalışan heyət, operativ müdaxilə ilə saxlanılaraq sahilə çıxarılıb. Eyni zamanda təlim çərçivəsində limana daxil olmaq istəyən və üzərində şübhəli əşya daşıyan şəxs aşkarlanıb. Bu barədə polisə məlumat verilib və həmin şəxs saxlanılaraq aidiyyatı üzrə ərazidən təhvil verilib.
Uğurla başa çatan təlimin sonunda şəxsi heyyətə tövsiyə və tapşırıqlar verilib.
Təlimin keçirilməsində dəstəyinə görə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin şəxsi heyətinə və rəhbəri, polis polkovniki Rövşən Eyyubova təşəkkürümüzü bildiririk.