17 iyun 2021 17:00 (UTC +04:00)

SON DƏQİQƏ: 4 kənddə GÜCLÜ YANĞIN...

Siyəzən rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, hazırda rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında yanğın davam edir. 

Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yaxınlıqda infrastruktur obyektləri yanğından mühafizə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 1401
avatar

Mehman Nəbiyev

Oxşar yazılar