Şıxov çimərliyində restoran cərimələndi
12 avqust 2023 18:15 (UTC +04:00)

Şıxov çimərliyində restoran cərimələndi

Avqustun 11-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında tədbirlər keçirib.

DİN-dən Lent.az-a verilən xəbərə görə, tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar olunub. Fakta görə, Şıx çimərliyi ərazisində yerləşən restoranlardan birinin barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Oxşar yazılar