“Lavota gaz” MMC məhkəməyə verilib.
Lent.az xəbər verir ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.
Məlumata görə, şirkətin fondlara borcu yaranıb və bu borclar ödənməyib. Nəticədə qeyd olunan dövlət qurumu borcların ödənməsi üçün MMC-nin direktoru Abbasəli Ələkbərovu Bakı Kommersiya Məhkəməsinə şikayət edib.
İddiada A. Ələkbərovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunur.
Qeyd edək ki, Ələkbərov Abbasəli Pərviz oğlu bundan əvvəl polis serjantı rütbəsində Yol Patrul Xidmətində inspektor vəzifəsində çalışıb.