“Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu ilə əlaqə saxlayarıq. Deyilənə görə, sabah, yəni iyunun 30-u hər iki qardaşımın - Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilməlidir”.
Lent.az xəbər verir ki, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilənlərin qardaşı Seyfəddin Hüseynli məlumat verib.
“Dəqiq vaxt bilinmir. Reys və uçuş saatı barədə konsulluqdan xəbər gözləyirik”, - o əlavə edib.