Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Toyota” markalı 2 minik avtomobilinin mühərrik hissələri yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avtomobillərin qalan hissəsi və sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.