Sərxoş sürücü avtomobili "KamAZ"a çırpdı
06 noyabr 2021 21:04 (UTC +04:00)

Sərxoş sürücü avtomobili "KamAZ"a çırpdı

0

“VAZ 2107” markalı avtomobili idarə edən sürücü “KamAZ” markalı yük maşınına çırpıb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yuxarı Ağcakənd qəsəbəsi yaxınlığında baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan minik maşınının sürücüsü, 1989-cu il təvəllüdlü Kərimov Alqayıt Yusif oğlu ağır xəstəxanaya çatdırılıb. 

İlkin məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edib. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2395

Oxşar yazılar