Serjantdan rüşvət alan polis rəisi işdən QOVULDU
24 sentyabr 2024 20:37 (UTC +04:00)

Serjantdan rüşvət alan polis rəisi işdən QOVULDU

Rusiyanın Moskva şəhərində polis idarəsinin şəxsi heyətlə iş şöbəsinin keçmiş rəisi rüşvət almaqda təqsirli bilinib.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis polkovnik-leytenantı yaxın qohumlarından biri əvvəllər məhkum olunan şəxsi sertjant rütbəsi ilə şöbəyə işə götürdüyü üçün 1 milyon rubl rüşvət alıb.

Məlumata görə, məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə və 5 milyon rubl cərimə cəzası təyin edib.

Həmçinin, təqsirləndirilən şəxs işdən qovularaq Rusiya Daxili İşlər Nazirliyinin daxili xidmətinin polkovnik-leytenantı xüsusi rütbəsindən məhrum edilib. Ona hüquq-mühafizə sistemində dövlət qulluğunda hüquq-mühafizə orqanlarının funksiyalarının yerinə yetirilməsi ilə bağlı vəzifə tutması 5 il müddətinə qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 57132
avatar

Oxşar yazılar