Şəmkirdə intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində baş verib. 61 yaşlı T. Fətəliyeva yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.
İlkin məlumata görə, T. Fətəliyeva uzun müddətdir sinir xəstəliyindən əziyyət çəkirmiş. Onun məhz bu xəstəlikdən bezərək özünü öldürməsi ehtimal edilir.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırma nəticəsində bilinəcək.