Şəmkirdə piyadanı vurub öldürən sürücü tapılıb.
Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Ford ” markalı yük avtomobili ilə törədilməsi müəyyən edilib.
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Hacıqabul rayon sakini 48 yaşlı B. Babayev saxlanılıb.
Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb. Faktla bağlı araşdırma aparılır. (APA)
***
11:31
Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.
Faktla bağlı araşdırma aparılır./APA