Səkkiz məktəbli qız evsiz kişini öldürdülər
24 dekabr 2022 18:27 (UTC +04:00)

Səkkiz məktəbli qız evsiz kişini öldürdülər

Səkkiz məktəbli qız bir şüşə spirtli içkiyə görə evsiz kişini öldürüb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində sosial şəbəkədə tanış olan 8 məktəbli qız evsiz kişini qətlə yetirib. 

Polisin məlumatına görə, qızlar kişiyə hücum edib, onu bıçaqlayıb və spirtli içki şüşəsini götürməyə cəhd ediblər. 

Zərərçəkən xəstəxanaya gətirildikdən sonra vəfat edib.

Qeyd edək ki, tezliklə qızlar cinayətin baş verdiyi ərazinin yaxınlığında yaxalanıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Arzu Qurbanlı

Oxşar yazılar