Şəkidə azyaşlı uşaq skeletləri aşkarlanıb.
Lent.az-ın məlumatına görə, hadisə "Şəki şəhər Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu"nda yerləşən və hazırda "Şəbəkə sexi" kimi istifadə olunan ərazidə qeydə alınıb. Həmin tarixi birmərtəbəli tikilidə Dövlət Turizm Agentliyi tərəfindən təmir-bərpa işləri aparılıb. Burada beton döşəmənin təmiri zamanı 0.8-1.2 metr dərinlikdə 100 il əvvələ qədər aid, 2-3 yeni doğulmuş və ya azyaşlıya məxsus olduğu ehtimal olunan sümüklər aşkar edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.