Şəkidə minik maşını  ağaca çırpıldı,  ölən var
22 sentyabr 2024 01:05 (UTC +04:00)

Şəkidə minik maşını ağaca çırpıldı, ölən var

Sentyabrın 22-də saat 00:05 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Hadisə nəticəsində sürücü Elnur Mustafayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar