Şəkidə "Jiquli"lər toqquşdu
06 may 2023 15:16 (UTC +04:00)

Şəkidə "Jiquli"lər toqquşdu

0

Şəkidə ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün  saat 11 radələrində Şəki şəhəri ərazisində baş verib. Rayonun Baş Zəyzid kənd sakini Vasif Abdulsalamovun idarə etdiyi “VAZ-2106” və Kiçik Dəhnə kənd sakini İlham Səmədovun idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “VAZ-2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertiza təyin olunub və Şəki şəhər-rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1930

Oxşar yazılar