Şəkidə dəhşətli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Sarıca kəndində qeydə alınıb.
Rayonun Qayabaşı kənd sakini, 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın qabağını düzəldəndə texnika hərəkətə gəlib. Nəticədə o, kombaynın altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.