Şəkidə 35 gün əvvəl maşın vuran kişi öldü
08 aprel 2023 11:55 (UTC +04:00)

Şəkidə 35 gün əvvəl maşın vuran kişi öldü

0

Şəkidə ötən ay avtomobil vuran piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə martın 3-də Şəki şəhəri Qoxmuq dairəsi yaxınlığında baş verib. 31 yaşlı Əkrəmli Tural Şəhliyar oğlu idarə etdiyi “Kia Sportage Minik” markalı avtomobillə 65 yaşlı Qafarlı Ramazan Bayram oğlunu vurub. Yaralı həmin gün Şəki, səhəri gün isə Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq, R. Qafarlı aprelin 7-də həmin xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1776

Oxşar yazılar