Şəhər xəstəxanasında saxta COVID pasportu verənlərə cinayət işi açıldı
21 sentyabr 2021 10:21 (UTC +04:00)

Şəhər xəstəxanasında saxta COVID pasportu verənlərə cinayət işi açıldı

Daha bir xəstəxanada saxta COVID-19 pasportu verənlər ifşa olunub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən “7 saylı Birləşmiş şəhər Xəstəxanası” Publik Hüquqi Şəxsində “COVİD-19” əleyhinə aparılan peyvəndləmə prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla ilə xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə peyvənd vurulmadığı halda peyvəndlənmələri ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45