"Sədərək" Ticarət Mərkəzində oğurluq hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə noyabrın 13-də baş verib.
Belə ki, naməlum şəxs Şakir Fərhad oğlu Ağayevin sahib olduğu mağazaya gələrək, onun başına dəmir alətlə vurub. Daha sonra mağazadan 30 min manat pulu götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb.