Mütəşəkkil cinayətkar dəstənin lideri Sedat Pekerin vəkili Ersan Barkın daha öncə Peker üçün çıxarılan qırmızı bildirişin miqyasının genişləndiyini açıqlayıb.
Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, sosial media hesabı üzərindən açıqlamalar verən vəkil bu sözləri deyib:
“Əziz Sedat Peker haqqında bu gün Anadolu və Bursa ağır cinayət məhkəmələrinin tələbi ilə İnterpol tərəfindən sadəcə “müdafiəsi alınmaq üzrə” çıxarılan qırmızı bildirişin “bütün dünyada axtarılır” formasında miqyasının genişləndiyini öyrəndim. Bəllidir ki, bir şeylər dəyişir...
Sedat Pekerin öz ifadəsində bildirdiyi kimi, 7 ay yanında çay içmək, telefonlara cavab vermək kimi işlərini görən Emre Olur haqqında deyilir ki, Pekerin “qara qutusu”, “sağ qolu”, “mətbuat katibi” deyə adlanır. Mətbuat katibləri başda olmaqla, qorxu iqlimi yaratmağa çalışırlar.
Həqiqətən, son 15 gündür nələr baş verir? Nə oldu ki, ölkədə və dünyada nələrsə dəyişdi? Qırmızı bildiriş Emre Olurun həbs olunması, yaşanan cinayət, Sedat Peker haqqında alınan yeni saxlanılma qərarı... 17 ildir vəkiləm, məmləkətin halını illərdir izləyirəm. Mən anlaya bilmirəm.
Dəyişikliklərin hamısı öz ölkəmizlə əlaqəli olsa belə, Sedat Pekerin paylaşımlarından narahat olanlara bağlayacağam. Paylaşımların önünü kəsmək, sonrasında şərh edən və xəbər edən jurnalistlərin çəkinməsi üçün açıqlamalar edəcəyəm.
Amma məsələyə İnterpol girəndə, sənəddə 20-dən çox saxlanılan şəxslərin olması sadəcə, müdafiəsini almaqdan ibarət qırmızı bildirişin bütün saxlanılanlar təxliyə olunmasından sonra, İnterpol tərəfindən beynəlxalq həbs olunmaya çevrildiyini görəndə “üst ağıl” filan deməkdən başqa ağlıma bir şey gəlmir”.
Qeyd edək ki, xarici ölkələrdən birində olan kriminal qruplaşma lideri Sedat Pekerin Türkiyənin sabiq baş naziri Binali Yıldırımın oğlu Erkam Yıldırım haqqında ittihamlar səsləndirəndən sonra məhkəməyə verilib.