"Səba" broyler məhkəməyə verildi
23 fevral 2023 16:45 (UTC +04:00)

"Səba" broyler məhkəməyə verildi

“Səba” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

Lent.az xəbər verir ki, ASC-nin gömrük qaydalarını pozması müəyyən edilib. Belə ki, “Səba” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Şabran rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin maddə ilə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Mehman Nəbiyev

Oxşar yazılar