Saxta sürücülük vəsiqəsini verib əsl "prava" aldı  - Azərbaycanda ŞOK OLAY
24 may 2024 16:00 (UTC +04:00)

Saxta sürücülük vəsiqəsini verib əsl "prava" aldı - Azərbaycanda ŞOK OLAY

Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün saxta sənəd təqdim edən saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 58 yaşlı Gürcüstan vətəndaşı Şamil Cəlilov (ad və soyad şərti) həmin ölkənin Rustavi şəhərində pul müqabilində saxta sürücülük vəsiqəsi alıb. Onun 2022-ci ilin avqust ayında “Dato” adlı şəxsdən aldığı “C” kateqoriyalı vəsiqəsi Türkiyə Respublikasına aid olub. Blankları mətbəə çap üsulu ilə deyil, printerlə hazırlanıb.

Ş. Cəlilov bir ay sonra, sentyabrda Azərbaycana məxsus orijinal sürücülük vəsiqəsi əldə etmək üçün Sumqayıtda yerləşən 2 saylı “Asan Xidmət” Mərkəzinə gəlib. Müvafiq şöbəyə yaxınlaşaraq, həmin saxta vəsiqəni təqdim edib. Nəticədə əsl vəsiqəni ala bilib.

Hətta o, aldığı əsl vəsiqənin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin saxta sürücülük vəsiqəsi ilə yenidən eyni “Asan Xidmət” Mərkəzinin müvafiq şöbəsinə üz tutub. Və bu dəfə də istəyinə nail olaraq, orijinal Azərbaycan sürücülük vəsiqəsinin etibarlılıq müddətini artıra bilib.

Onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddəsilə cinayət işi açılıb və başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər Məhkəməsində istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5225

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15