Şaxta baba qarət edildi
25 dekabr 2022 18:02 (UTC +04:00)

Şaxta baba qarət edildi

0

Sankt-Peterburqda naməlum şəxslər uşaq məclislərində Şaxta baba rolunu oynayan aktyoru qarət ediblər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun sözlərinə görə, işə gedərkən uşaqlar üçün qurulan şam ağacının ətrafında çıxış etməzdən əvvəl nahar etmək üçün ərzaq mağazasına girib. O, lazımi malları almaq üçün bir neçə dəqiqə sərf etsə də, qayıdandan sonra avtomobildən şənlik kostyumunun və heybəsinin yoxa çıxdığını aşkar edib.

Zərərçəkmiş polisə müraciət edib, hüquq-mühafizə orqanları şübhəlilərin şəxsiyyətini müəyyənləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1845

Oxşar yazılar